• Fraisier tortu resepti

Reseptin məlumatları Baxış sayı: 5 538

Tarix : 23-08-2017, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
4 ədəd yumurta,
1 st. şəkər tozu,
0.5 armudu st. ilıq su,
1/4 limonun suyu,
1 paket qabartma tozu,
1 paket vanil,
1.5 st un

Krem üçün:
4 st. süd,
4 ədəd yumurta,
300 qr şəkər tozu,
2 x.q. nişasta,
350 qr yağ,
1.5 x.q. jelatin,
50 ml su,
1 paket vanil

Sirop üçün:
50 qr su,
50 qr süd,
50 qr şəkər tozu

Üzəri üçün:
200 qr çiyələk,
200 ml su,
2 x.q. nişasta + 50 ml su,
5 x.q. şəkər tozu

Hazırlanması:
Əvvəlcə şəkər tozu və yumurtanı ağarana kimi mikserlə çalırıq. Üzərinə qalan ərzaqları töküb, xəmir halını alana kimi qarışdırırıq. 180 dərəcə istilikli sobada bişiririk.

Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün bir qaba süd və şəkər tozunun yarısını töküb, qaynadırıq. Ayrı bir qabda yumurta və şəkər tozunun qalanını, nişasta ilə birlikdə mikserlə çalırıq. Üzərinə az-az südlü qarışımdan əlavə edərək çalmağa davam edirik. Bir-birinə tam qarışdıqdan sonra qazın üzərinə qoyuruq. Qaynamağına az qalmış üzərinə yağın yarısını əlavə edirik və mikserlə qarışdırıb, soyuması üçün kənara qoyuruq.

Soyuduqdan sonra yağ, vanil və isti suda həll olunub, soyudulmuş jelatin əlavə edərək, krem halını alana kimi mikserlə çalırıq. Kremi soyuducuda bir müddət saxlayırıq.

Biskviti 2 hissəyə bölüb, birini qaba yerləşdiririk və siropla isladırıq. Çiyələkləri 2 hissəyə bölüb, qabın kənarlarına düzürük. Üzərinə krem çəkib, doğranmış çiyələk düzürük və yenidən krem tökürük. -ci korju yerləşdirib, siropla isladırıq. Kremlə nazik bir təbəqə çəkirik. Soyuducuda bir müddət saxladıqdan sonra soyuq halda üzəri üçün hazırlanan sousu tökürük və zövqə görə bəzəyirik. 6-7 saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz. *Qeyd. Üzərinə əlavə olunan sousu etməsəniz də olar. Qabın ölçüsü 26 sm-dir.

Nuş olsun!
Etiketlər: şəkər, mikserlə, Üzərinə, sonra, əlavə, çalırıq, yumurta, paket, müddət, nişasta, vanil, yarısını, saxladıqdan, halını, alana, düzürük, isladırıq, tökürük, bilərsiniz, edərək
BİZİ İZLƏYİN