• Primavera sousu resepti

Reseptin məlumatları Baxış sayı: 11 058

Tarix : 24-09-2016, 14:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Fusilli – 250 qr
Tomat sousu – 200 qr
Gül kələm – 150 qr
Yaşıl şirin bibər – ½ ədəd
Qırmızı şirin bibər – ½ ədəd
Konservləşdirilmiş qarğıdalı – 100 qr
Duzlu xiyar – 2 ədəd
Baş soğan – 1 ədəd
Sarımsaq – 2 diş
Cəfəri – 1 dəstə
Şəkərsiz ağ çaxır – 30 ml
Şəkər tozu – 1 ç.q.
Zeytun yağı – 2 x.q
Parmesan pendiri – 50 qr
Zövqə görə duz, istiot

Hazırlanması:
Böyük qazanda suyu qaynadaraq duz əlavə edin. Fusilli makaronlarını bağlamanın üstündə müəyyən edilmiş vaxta uyğun olaraq bişirin. Qaynadıldıqdan sonra süzün, 1 xörək qaşığı zeytun yağı əlavə edib qarışdıraraq kənara qoyun. Bibərləri yuyub içini təmizləyərək doğrayın. Xiyarın qabığını soyub dairəvi formada doğrayın, gül kələminin isə gül hissəsini kəsib ayırın. Qarğıdalının tam quru halına gətirənə qədər suyunu süzün. Baş soğan və sarımsağı təmizləyib xırda-xırda doğrayın. Tavada qızdırılmış zeytun yağına əvvəlcə soğan və sarımsaq qataraq təxminən 2 dəq qızardın, sonra isə tərəvəzləri əlavə edin. Daha sonra tomat sousunu və çaxırı qatın, zövqə görə isə duz, istiot və şəkər vurun. 7 dəqiqə orta dərəcəli odda bişirin. Parmesan pendirini sürtgəcdən keçirin. Qaynadılmış makaronları souslu tavaya əlavə edərək 4 dəq. ağzı qapalı saxlayın. Pendir və tərəvəz əlavə edərək süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, soğan, doğrayın, süzün, istiot, xırda, zeytun, Parmesan, Fusilli, bişirin, edərək, bibər, şirin, qızdırılmış, Tavada, yağına, əvvəlcə, sarımsaq, qataraq
BİZİ İZLƏYİN