• Bulqurlu sulu küftə resepti

Reseptin məlumatları Baxış sayı: 652

Tarix : 8.09.2018, 12:00

Bölmə : Sulu yeməklər, Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram qıyma
1 orta boy rəndələnmiş soğan
1,5 çay stəkanı yarma
2 xörək qaşığı bibər tomatı
1 xörək qaşığı pomidor tomatı
1 xörək qaşığı quru nanə
Qarğıdalı yağı
İstiot
Duz

Hazırlanması:
Qıymanı böyük bir kasanın içərisinə qoyub, üzərinə soğan, bulqur, bir az duz və istiot əlavə edib yoğurun. Yoğurma əsnasında ona bir az su əlavə etmək lazımdır, amma çox yox. Çünki yarma dağılmamalıdır. Yaxşıca yoğurduqdan sonra qarışımdan fındıq böyüklüyündə parçalar qoparıb, küftə kimi yumrulayın. Yanınızda kasada bir az su qoyun, ara-sıra əlinizi bu suya batıraraq daha asan yumrulayarsınız. Hamısını bitirdikdən sonra qazana yağı, bibər və pomidor tomatını töküb qovurun. Üzərinə təxminən 6 stəkan su və bir az daha duz əlavə edib qaynamasını gözləyin. Su qaynamağa başlayanda küftələri içərisinə atın. Küftələr bişəndə, ayrıca bir tavaya bir az yağ əlavə edib qızdırın və üzərinə nanə tökün. Daha sonra bu qarışımı yeməyinizin üzərinə gəzdirin və onu ocaqdan götürün. Xörək bişdikdə suyu sizə az gələrsə, bir az qaynamış su əlavə edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: əlavə, üzərinə, qaşığı, sonra, xörək, pomidor, içərisinə, tomatı, bibər, yarma, soğan, küftələri, stəkan, qaynamasını, başlayanda, qaynamağa, gözləyin, töküb, bitirdikdən, Hamısını
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica