• Ezogəlin şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 11110

Tarix : 4.08.2015, 10:00

Bölmə : Sulu yeməklər, Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




Tərkibi:
1 su su stəkanı qırmızı mərcimək,
1 su stəkanı bulgur,
Yarım stəkan düyü,
1 orta boy soğan,
1 yemək qaşığı un,
2 yemək qaşığı tomat və ya 2 ədəd pomidor,
2 yemək qaşığı kərə yağı,
3 yemək qaşığı duru yağ,
2 diş sarımsaq,
Nanə,
qırmızı bibər,
istiot,
duz,

Hazırlanması:
Qazana kərə yağı və 1 yemək qaşığı duru yağı qoyaraq qızdırın.
Soğan və sarımsağı əvvəlcə qabığını soyun.
Soyduqdan sonra təmiz yuyun.
Soymuş olduğunuz soğan və sarımsaqları kiçik -kiçik doğrayın və qazanda qızdırdığınız yağın içinə tökərək qovurun.
Bunlar qovrularkən arada düyünü, mərciməyi və bulğuru təmiz yuyun.
Yuduğunuz ərzaqların suyunu süzün.
Soğan və sarımsaqlar hazır olduqdan sonra üzərinə yuduğunuz və suyu süzülmüş olan qırmızı mərciməyi, düyü və bulğuru əlavə edərək qovurun .
Ərzaqlar tamamən qovrulduqdan sonra üzərinə 1 litrə qədər su əlavə edərək qazanın qapağını örtün və bişməyə qoyun.
Ərzaqlar bişdikdən sonra ocağı söndürün.
Ayrı bir qazanda 2 yemək qaşığı duru yağı qızdırın.
1 yemək qaşığı unu qızdırılmış yağın içinə əlavə edərək qovurun.
Qovrulmuş unun üzərinə 2 yemək qaşığı tomatı əıavə edin.
Tomatı da qovurduqdan sonra 1 su stəkanı qədər su əlavə edərək qaynadın.
Nanə, qırmızı bibər, istiot əlavə edilərək hazırlanan sosu ocaqdan alıb şorbaya əlavə edin.
Duzu da əlavə edərək 1-2 dəqiqə qaynadın.
Ezogəlin şorbamız servisə hazırdır.

Nuş olsun!

Etiketlər: yemək, qaşığı, əlavə, edərək, sonra, qırmızı, qovurun, stəkanı, üzərinə, qazanda, kiçik, yuyun, təmiz, yağın, içinə, qədər, bulğuru, qaynadın, Ərzaqlar, mərciməyi
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN