• Qarın şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 20 850

Tarix : 25-02-2016, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq təmiz təmizlənmiş qarın,
2 şorba qaşığı un,
2 yumurta sarısı,
1 limon suyu,
1 fincan sirkə,
3-5 diş sarımsaq,
Duz,
Qırmızı bibər,
2 şorba qaşığı kərə yağı,
Bişirərkən istifadə ediləcək 4 diş sarımsaq,

Hazırlanması:
Qarın şorbası hazırlamaq üçün əvvəlcə yaxşı təmizlənmiş qarını bol- bol suda bir neçə dəfə yumaqla başlayın.
Qazana qoyub üzərinə çıxana qədər isti su əlavə edin, ardından da yarım limonun suyunu və doğranmış sarımsaqları da əlavə edin.
Bundan sonra qarın yumşalana qədər bişirin.
Bişən qarını kəfkir ilə çıxardaraq çırararak, kəsmə şəkər iriliyində doğrayın.
Qarının suyunu süzgəcdən keçidin.
İki qaşıq una bir limon suyu, iki yumurta sarısını və 1-2 fincan su əlavə edərək topaclanmaması üçün qatılaşana qədər davamlı olaraq qarışdırın.
Qaynamaqda olan qarın suyuna yavaş-yavaş və davamlı olaraq qarışdıraraq tökün.
Doğranan qarınları da əlavə edərək duzunu əlavə edib daha 5 dəqiqə qaynadın.
Sarımısağı döyərək əlavə edin.
Şorbanı kasalara tökdükdən sonra üzərinə qırmızı bibərli kərə yağı gəzdirərək servisə hazır hala gətirin.
Qarın şorbanız servisə hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, qarın, davamlı, suyunu, servisə, edərək, olaraq, sonra, yavaş, üzərinə, Qarın, sarımsaq, qaşığı, şorba, təmizlənmiş, yumurta, limon, qarını, fincan
BİZİ İZLƏYİN