• Bulğur şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 21 986

Tarix : 21-06-2016, 23:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 st bulğur
2 ədəd pomidor
2 ədəd şirin bibər
1 ədəd soğan
2 x.q əridilmiş kərə yağı
1 ç.q pomidor məti (tomat)
1 ç.q nanə qurusu
Duz
Istiot
6 st su (2 st ət suyu və 4 st adi su götürə bilərsiniz. Ət suyu ilə daha dadlı olur)

Hazırlanması:
Soğanın qabığını soyub yuyub xırda doğrayırıq. Soğana yağı əlavə edib qızılı rəngdə olanadək qovururuq. Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq. Şirin bibəri təmizləyib yuyub xırda doğrayırıq. Pomidor ilə bibəri qovrulmuş soğanın üstünə əlavə edirik. 2-3 dəqiqə keçdikdən sonra pomidor mətini də əlavə edib 2-3 dəqiqə qovururuq.
Bulğuru yuyub yeməyə əlavə edib 5-6 dəqiqə qovururuq. Sonra ət suyunu və suyu əlavə edib bişiririk. Bulğur tam bişdikdə yemək hazır olacaq. Yemək qaynayanda kəfini yığırıq. Yeməyin bişməyinə 10-15 dəqiqə qalmış quru nanəni əlavə edirik. Zövqə görə duz və istiotunu da əlavə edirik. Yeməyimiz hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, yuyub, doğrayırıq, qovururuq, edirik, pomidor, xırda, qabığını, bibəri, soyub, suyunu, bişiririk, Bulğur, istiotunu, Sonra, Yeməyimiz, olsun, sonra, mətini
BİZİ İZLƏYİN