• Ezogəlin şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 3 953

Tarix : 21-05-2017, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Kərə yağı – 2 x.q.
Orta boy baş soğan – 1 ədəd
Sarımsaq – 2 diş
Qırmızı mərci – 1 st.
Bulqur – ¼ st.
Düyü – ¼ st
Duz, qara istiot
Su – 7 st.

Sousu üçün:
Bitki yağı – 2 x.q.
Un – 1 x.q.
Tomat – 1 x.q.
Nanə - 1 çimdik
Qırmızı toz bibər – 1 çimdik
Pul bibər – 1 çimdik
Su və ya ət suyu – 2 st.

Hazırlanması:
Bir qazanda doğranmış soğan və sarımsaqları kərə yağında qızarana qədər qovurun. Sonra təmizlənmiş və yuyulmuş mərcini, düyün, bulquru əlavə edin, bir az qarışdırın. Bu prosesdən sonra 7 stəkan suyu da əlavə edin qoyun qaynasın. Başqa qazanda sousu hazırlayın. Bunun üçün bitki yağında əvvəlcə unu, daha sonra nanəni də əlavə edin qovurun. Üzərinə ədviyyatları əlavə edib bir az qovurduqdan sonra 2 stəkan suyu əlavə edin qoyun qaynasın. Hazır olduqdan sonra digər qazana sousu əlavə edin. Bir az qaynadıqdan sonra götürün. Servis edərkən istəsəniz yağda qovurduğunuz istiot ya da nanə əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, çimdik, soğan, yağında, sousu, qovurun, bibər, qazanda, istiot, qaynasın, stəkan, qoyun, Qırmızı, Üzərinə, ədviyyatları, nanəni, qovurduqdan, bitki, əvvəlcə
BİZİ İZLƏYİN