• Salat sandviç resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 572

Tarix : 14-02-2016, 21:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
kahı yarpaqları
1 ədəd pomidor
1 ədəd qırmızı baş soğan
1 diş sarımsaq
1 x/q zeytun yağı
yarı limon şirəsi
pendir
qara zeytun
duz
təzə əzilmiş istiot

Hazırlanması:
1. İnqredientlər hazırlanır.
2. Pomidor və kahı yuyulub qurudulur. Yağ, əzilmiş sarımsaq və limon şirəsi qarışdırılır.
3. Kahının iri yarpaqları seçilir.
4. Soğan halqa şəklində doğranılır və hər kahı yarpağına cüt soğan halqası düzülür.
5. Yarpaqlar öncə hazırlanan limonlu şirə ilə yağlanır. Duz və istiot əlavə edilir.
6. Üzərinə bir qədər xırda kahı yarpağı əlavə edilir, onunda üzərinə pomidor dilimi və pendir. Yenidən duz, istiot əlavə edilir və limonlu şirə ilə yağlanır. Hamısı diş çöpü və qara zeytunla bağlanır.
7. Və budur salat hazırdır! Kahı yarpaqlarının üzərinə zövqə görə müxtəlif içlik əlavə edilə bilər.

Salat sandviç resepti - FOTO RESEPT

Salat sandviç resepti - FOTO RESEPT

Salat sandviç resepti - FOTO RESEPT

Salat sandviç resepti - FOTO RESEPT

Salat sandviç resepti - FOTO RESEPT

Salat sandviç resepti - FOTO RESEPT

Salat sandviç resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, salat, istiot, edilir, limon, üzərinə, şirəsi, pendir, sarımsaq, əzilmiş, zeytun, soğan, yarpaqları, limonlu, yağlanır, pomidor, xırda, yarpağı, onunda, qədər
BİZİ İZLƏYİN