Tərkibi:½ kq göbələk,
3 diş sarımsaq,
1 stəkan qatıq,
2 yemək qaşığı mayonez,
2 yemək qaşığı zeytun yağı,
1 dəstə cəfəri,
Hazırlanması:Göbələkləri yuyun. Sonra yuduğunuz göbələyin suyunu süzün. Yuduğunuz göbələkləri təmizləyib doğrayın. Tavada zeytun yağını qızdırın. 2 yemək qaşığı zeytun yağında suyunu çəkənə kədər qovurun.
Göbələk suyunu çəkdikdən sonra soyumağa qoyun.
Sarımsağı soyun.
Kiçik-kiçik doğrayın.
Qatıq, mayonez və sarımsağı qarışdırın.
Göbələkləri bu qarışığın içinə əlavə edib qarışdırın.
Cəfərini təmiz-təmiz yuyun. Kiçik-kiçik doğrayın.
Qatıqlı göbələyi cəfəri ilə bəzəyərək servis edin.
Nuş olsun!
Etiketlər: yemək, zeytun, doğrayın, qaşığı, suyunu, təmiz, Göbələkləri, yuyun, cəfəri, qarışdırın, Kiçik, mayonez, kiçik, Qatıq, soyun, sonra, soyumağa, qoyun, Sarımsağı, sarımsağı