• Kartof səbəti resepti

Reseptin məlumatları Baxış sayı: 3 097

Tarix : 29-04-2018, 18:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kartof (1 kiloqram)
Süzmə qatıq (250 qram)
Duz
İstiot (1 çay qaşığı)
Sarımsaq (4 diş)
Silikon keks qabları
Xiyar (1 ədəd)

Hazırlanması:
Bunun üçün əvvəlcə kartofları suda qaynadırıq. Bişmiş kartofları götürüb qabıqlarını soyaraq əzir, püre halına gətiririk. Əgər qabıqlarını soymaqda çətinlik çəkirsinizsə, kartofları qazandan çıxardan kimi buzlu suya atın və tez götürüb soyun. Çünki istədiyimiz hala salmaq üçün kartofların soyumaması lazımdır. Duz və istiot əlavə etdikdən sonra hazırladığımız püreni əlimiz ilə silikon qablara yerləşdiririk və bir çay qaşığı ilə ortasını çuxur kimi açırıq. Pürenin tez soyuması üçün silikon qabları bir müddət buzxanaya və ya soyuducunun aşağı hissəsinə qoya bilərsiniz. Kartoflar soyuduqdan sonra onları silikon qablardan çıxardıb bir qaba duzürük, sonra isə içini doldurmağa başlayırıq. Sarımsaq ilə qarışdırılmış süzmə qatıqdan hazırladığımız qarışıqdan səbətlərin içinə bir qaşıq qoyuruq.

Nuş olsun!
Etiketlər: silikon, sonra, kartofları, qabları, qabıqlarını, götürüb, Sarımsaq, hazırladığımız, qaşığı, buzxanaya, bilərsiniz, soyuducunun, hissəsinə, aşağı, Pürenin, ortasını, yerləşdiririk, qablara, çuxur, açırıq
BİZİ İZLƏYİN