• Xiyar turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 3 627

Tarix : 23-09-2018, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 turşu qabını dolduracaq qədər xiyar
10 stəkan su
300 qr üzüm sirkəsi
150 qr iri duz

Hazırlanması:
Turşu hazırlayarkən öncə xiyarların ölçüsünə diqqət etmək lazımdır. Turşuluq xiyarlar kiçik və içi tumsuz olmalıdır. Bundan başqa süfrə duzu istifadə etsəniz, çox duzlu ola bilər. Ona görə də iri duzdan istifadə etməlisiniz.
İlk olaraq xiyarların uzun saplarını kəsin və bir bıçağın ucuyla üstündə xırda deşiklər açın. Belə etdikdə xiyarlar turşu suyunu yaxşıca çəkərək tez gələcək. Deşilən xiyarları qabın içinə qoyun. Daha yaxşı dad alması üçün aralarına noxud, nanə yarpaqları və sarımsaq da tökə bilərsiniz. Xiyarlar daha yaxşı gəlsin deyə 1-2 dilim limon da atmaq olar.

Turşu suyunu hazırlamaq üçün böyük bir qaba suyu tökün. İçinə üzüm sirkəsi və duz töküb yaxşıca qarışdırın. Yaxşı qarışdığından əmin olmaq üçün qabı tərəfə əyib suyun çox olduğu yerə yumurta qoyun. Əgər yumurta suyun üstündə üzürsə, deməli turşu suyu hazırdır, duzu da yetəri qədərdir. Turşu suyunu hazırladıqdan sonra xiyarların üstünə tökün.

Ardınca bir dəstə cəfərini qabın ağzına qoyun. Cəfəri qabın içindəki ərzaqların üstə çıxmasının və turşunun xarab olmasının qarşısını alacaq, eyni zamanda gözəl bir dad qatacaq.

Şorabanı işıq düşməyən, sərin bir yerdə təxminən bir ay saxlayın. Turşu gələndən sonra yeyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Turşu, xiyarların, suyunu, qabın, qoyun, turşu, yumurta, istifadə, yaxşı, suyun, xiyarlar, üstündə, sirkəsi, bilərsiniz, sonra, tökün, yaxşıca, üzürsə, hazırdır, qədərdir
BİZİ İZLƏYİN