• Köz börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 2 642

Tarix : 8-01-2020, 12:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq un,
Aldığı qədər su,
500 qr qaymaq və ya qatıq,
250 q kərə yağı,
½ stəkan duru yağ,
duz

Hazırlanması:
Un, su və duz akışkan qatılığa gələnə qədər çırpın.
Axıtma xəmirinə bənzədə biləcəyiniz bu xəmir yaxşı çırpılmalı və içərisində topaqlar olmamalıdır.
Digər bir qabda qatıq və ya qaymaq , əridilmiş kərə yağı və duru yağı yaxşıca çırparaq qat aralarında istifadə edə biləcəyimiz bir qarışım əldə edin.
Arzu edənlər sırf qatıq yerinə qaymaq və ya qatıq yarı olanda azaldaraq birlikdə də istifadə edə bilərsiniz.
Malzəmə hazır olduqdan sonra odun atəşindən nisbətən yüksək bir uzaqlığa sacayağınızı oturdun.
Bu börək uzun sürə pişəcəyi üçün altdan deyil üstdən bişməsi lazımdır.
Buna görə də alt atəşinin çox yaxın olmaması lazımdır.
Diğər tərəfdə isə sininin üzərinə örtəcəyiniz qapağın üstə qızıl rəng almış kül yığaraq örtməyə hazır hala gətirmək lazımdır.
Börəyimizi hazırlayacağımız sinini atəşə oturdun.
Sininin altını əvvəlcə yağlayın.
Qarışığı çömçə yardımı ilə ortadan çölə doğru kök dilimi şəklində sininin alt qatına tökün.
Sinimizin üzərinə küllü qapaq qapatılıb 3-5 dəqiqəyə yaxın üstdən qızarması üçün gözləyin.
Qapağı qaldırıb bu dəfə qat arasında qalan boşluğa unlu qarışımı bişən hissənin üzərinə isə yağlı xərc ( qatıq, qaymaq, yağ qarışığı) tökün.
Qapağı yenidən qapatıb yenə 3-5 dəqiqə gözləyərək qatın bişməsini gözləmək lazımdır.
Bu işləmi bütün qatlar bişənə qədər davam etdirin.
Bu qızarma işinə gözlə və əllə davamlı olaraq nəzarət edin.
Qatların bu şəkildə bişirilməsi arzu edilən qalınlığa görə ən az 3, atəşin durumuna görə bəzən 4-5 saatola bilər.
Yarım saat qədər dincəldib kök dilimi şəklindəki qat aralarından qopardaraq servis edin.
Qarpız, bal, mürəbbə və evdə hazırlanan meyvə sularından istifadə edərək servis edin.

Nuş olsun!
Etiketlər: qatıq, qədər, lazımdır, qaymaq, üzərinə, istifadə, üstdən, sininin, yaxın, Qapağı, hazır, oturdun, dilimi, servis, tökün, bişən, qatın, hissənin, gözləyərək, qapatıb
BİZİ İZLƏYİN