• Koppuş bulkalar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 40 539

Tarix : 12-11-2014, 13:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (20 ədəd üçün):
500 ml süd
11 q quru maya (yaxud 50-60 q yaş maya)
1-1,3 kq un
2 yumurta
150 q şəkər tozu
200 q kərə yağı və ya marqarin

Üstü üçün:
100 q şəkər tozu
2 ç.q. darçın
Koppuş bulkalar resepti - FOTO RESEPT


Hazırlanması:
Darçın əvəzinə xaş-xaş, kişmiş, ərik qurusu, qara gavalı və s. istifadə edə bilərsiniz.

Südü azca qızdırın. İçində mayanı əridin. 500 q un əlavə edib yaxşıca qarışdırın. İsti yerə qoyun. Üzərini dəsmalla örtün (qabın altına içi isti su ilə dolu qab da qoya bilərsiniz).
Barata (opara) iki dəfə qalxmalıdır. Təxminən 30 dəqiqəyə qalxacaq. Gəlmiş barataya şəkər tozu əlavə edib qarışdırın. Yumşaldılmış yağ əlavə edib qarışdırın. Yumurta əlavə edib qarışdırın. Qalan unu da əlavə edib xəmir yoğurun (un çox və ya az lazım ola bilər). Xəmir həm yumşaq olmalı, həm də ələ yapışmamalıdır.
Xəmiri yenidən isti yerə qoyun. Təxminən 50-60 dəqiqə gözləyin ki, yaxşı gəlsin.
Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT


Şəkər tozu ilə darçını qarışdırın.
Koppuş bulkalar resepti - FOTO RESEPT


Xəmiri 3 yerə bölüb kündə tutun, 3-4 mm qalınlıqda yayın.
Koppuş bulkalar resepti - FOTO RESEPT


Yaydığınız yuxaların üstünə darçınlı şəkər tozunu səpin. Rulet kimi bükün. Qıraqlarını bərkidin.
Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT


Ruleti 3-4 sm enində hissələrə bölün.
Koppuş bulkalar resepti - FOTO RESEPT


Hər hissədə bıçaqla kəsiklər edin (lap sonadək yox), sonra çevirin.
Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT


Sinini azca yağlayın, yaxud da içinə perqament kağızı döşəyin. Bulkaları üstünə qoyun. 20 dəqiqə sinidə gəlməsini gözləyin.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Koppuş bulkalar resepti - FOTO RESEPT

Koppuş bulkalar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, şəkər, qoyun, dəqiqə, üstünə, gözləyin, bilərsiniz, Təxminən, Xəmiri, yaxud, bükün, Rulet, səpin, Qıraqlarını, bərkidin, hissələrə, enində, Ruleti, tozunu
BİZİ İZLƏYİN