• Darçınlı bulkalar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 365

Tarix : 3-01-2017, 22:00

Bölmə : Xəmir işləri / Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova


Tərkibi:
xəmir üçün:
ilıq su - 120 ml
aktiv quru maya - 2 ç. q.
şəkər tozu - 2 ç. q.
kərə yağı - 100 q
yumurta - 1 dənə
ilıq süd - 120 ml
duz - 1 çimdik
un - 600 q

içi üçün:
şəkər tozu (qəhvəyi daha üstündür) - 150 q
darçın - 2 x. q.
kakao tozu (istəklə) - 1 x. q.
kərə yağı, yumşaq - 70 q

frostinq üçün:
krem pendir - 200 q
şəkər tozu - 150 q

Hazırlanması:
İlıq suda mayanı həll edib 5-10 dəqiqəyə köpüklənməyə qoyun.

Darçınlı bulkalar resepti - FOTO RESEPT

Darçınlı bulkalar resepti - FOTO RESEPT


Yağı əridib soyudun. Unu, duzu, südü, yağı, yumurtanı və həll olunmuş mayanı qarışdırıb xəmir yoğurun.

Darçınlı bulkalar resepti - FOTO RESEPT

Darçınlı bulkalar resepti - FOTO RESEPT

Darçınlı bulkalar resepti - FOTO RESEPT


10 dəqiqə ərzində yoğurandan sonra xəmiri dəsmal ilə örtüb isti yerə 1 saata qoyun.

Darçınlı bulkalar resepti - FOTO RESEPT

Darçınlı bulkalar resepti - FOTO RESEPT


İç üçün quru ərzaqları qarışdırın. Qabarmış xəmiri dörbucaq şəklində 5 mm qalınlığında yayın.

Darçınlı bulkalar resepti - FOTO RESEPT

Darçınlı bulkalar resepti - FOTO RESEPT

Darçınlı bulkalar resepti - FOTO RESEPT


Enli tərəflərindən birində bir az yer saxlayıb, qalan xəmirin yumşaq yağ ilə yağlayın və üzərinə quru içliyi səpin. Əks tərəfdən başlayaraq xəmiri rulet şəklində sıx bükün.

Darçınlı bulkalar resepti - FOTO RESEPT

Darçınlı bulkalar resepti - FOTO RESEPT

Darçınlı bulkalar resepti - FOTO RESEPT


İti bıçaq ilə 9-12 eyni hissəyə kəsib yağlanmış formaya düzün. 30 dəqiqəyə isti yerə qoyun.

Darçınlı bulkalar resepti - FOTO RESEPT

Darçınlı bulkalar resepti - FOTO RESEPT


180 dərəcəli sobada 20-30 dəqiqə, və ya bir qədər qızaranadək bişirin. Krem pendiri şəkər tozu ilə bir qədər çırpıb isti bulkaların üzərinə yaxın. İsti-isti yeyin, qalanları soyuducuda qapalı qabda saxlayın.

Darçınlı bulkalar resepti - FOTO RESEPT

Darçınlı bulkalar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, xəmiri, qoyun, dəqiqəyə, dəqiqə, mayanı, xəmir, qədər, üzərinə, yumşaq, şəklində, hissəyə, bıçaq, kəsib, yağlanmış, düzün, formaya, bükün, rulet, yumurta
BİZİ İZLƏYİN