• Ev çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 165 992

Tarix : 15-11-2014, 15:00

Bölmə : Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 st. un (200 q)
1 st. ilıq su
1 dolu ç.q. quru maya
1 x.q. şəkər tozu
1 ç.q. duz
8 x.q. bitki yağı

Hazırlanması:
Suda şəkər tozu və mayanı əridin. 15 dəqiqə, üzəri köpüklənincə gözləyin. Unu ələyin. Duzu unla qarışdırın. Suya bitki yağı, ardınca da un töküb yumşaq xəmir yoğurun. Üzərini dəsmalla örtüb isti yerə qoyun. 1 saat gəlməsini gözləyin. Sonra yenə yoğurun. Baton formasına salıb yağlanıb azca un səpilmiş, yaxud perqament döşənmiş siniyə qoyun. Daha bir saat şişməsini gözləyin. Üzərini iti bıçaqla bir neçə yerdən çərtin.
Sobaya içi su ilə dolu sini qoyun. Sobanı maksimum (təxminən 300 dərəcə) həddə qədər qızdırın. Çörəyi sobaya qoyub 10 dəqiqə bişirin. Sonra sobanın istiliyini 200 dərəcəyə qədər endirin və daha 15-20 dəqiqə, qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: qoyun, dəqiqə, gözləyin, Sonra, bişirin, şəkər, yoğurun, qədər, Üzərini, bitki, dərəcə, təxminən, Sobanı, yerdən, bıçaqla, çərtin, Sobaya, şişməsini, maksimum, qızdırın
BİZİ İZLƏYİN