• Ballıca kökəsi resepti

Reseptin məlumatları Baxış sayı: 21 237

Tarix : 13-08-2014, 06:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

210 q un
1 yumurta
50 q şəkər pudrası
100 q yağ
1 çimdik duz (pudra kimi)
1/4 ç.q. qabartma tozu

İç:
200 q kəsmik
40 q şəkər tozu
30 q un
20 q xama
1/2 yumurta sarısı (o biri yarısını dərhal 1 x.q. ilıq su ilə qarışdırın ki, qurumasın, kökənin üstünə vurmaq üçün)
vanil (istəyə görə)

Hazırlanması:
İçi əvvəlcədən hazırlayın, bu, şəkər tozunun yaxşı əriməsi üçün lazımdır (yaxud da şəkər pudrası istifadə edin): bütün ərzaqları mikserlə yaxşıca qarışdırın.

Xəmir: ləyənə yumşaldılmış yağ, yumurta, duz, şəkər pudrası qoyub çalın. Şəkər tam əriyəndən sonra un və qabartma tozu əlavə edin.

Kündə tutun, 6 yerə bölün (hərəsi 70 q). Hər birini un səpilmiş masanın üstündə ellips formasında yayın. Hərəsinin içinə bir qıraqdan 45 q iç qoyun. Xəmirin qalan hissəsini üzərinə qatlayın (için az bir hissəsi görünsün).

Perqament döşənmiş formaya düzün. Su ilə qarışdırılmış yumurta sarısını üzərlərinə çəkin.

200 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, pudrası, qarışdırın, qabartma, yayın, formasında, Hərəsinin, Xəmirin, qalan, qoyun, qıraqdan, içinə, ellips, masanın, tutun, Kündə, əlavə, bölün, hərəsi
BİZİ İZLƏYİN