• Fəsəli resepti

Reseptin məlumatları Baxış sayı: 32 308

Tarix : 11-04-2017, 20:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
700 q un
50 q şəkər
20 qmaya
100 q ərinmiş yağ
5 q duz

Hazırlanması:
Qeyd: Burada ərinmiş yağ əvəzinə cızdaq da işlədilə bilər.

Ələnmiş una maya, su və duz vurulub bərk xəmir yoğrulur. Həmin xəmir qalxsın deyə 1.5-2 saat ərzində isti yerdə 30-35 C tempraturda saxlanılır. Sonra xəmir övkələnərək kündələrə bölünür və 0.5 mm qalınlığında yayılır. Xəmirin üzünə yağ sürtülüb 5-6 qat bir birinin üstünə salınır və düzbucaq formasında kəsilərək bundan dürmək burulur. Həmin dürmək vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1.5-2 sm girdə kökəcik (fəsəli) şəklinə salınır. Sonra fəsəli hər iki tərəfdən tavada yağ içində qızardılır.

Fəsəli süfrəyə verilən zaman yanına bal qoyulur, ya da üzərinə qənd pudrası səpilir. Fəsəli həm isti həm də soyuq halda süfrəyə verilə bilər.

Nuş olsun!
Etiketlər: xəmir, Sonra, Həmin, dürmək, fəsəli, süfrəyə, Fəsəli, salınır, bilər, ərinmiş, Burada, kökəcik, şəklinə, tərəfdən, tavada, girdə, qalınlığı, vertikal, istiqamətdə, yastılanaraq
BİZİ İZLƏYİN