Tərkibi:2 st. şəkər tozu
1,5 st. pasterizə olunmuş süd
60 q qoz (fındıq, badam, araxis və s. istifadə edə bilərsiniz)
Hazırlanması:Qozu bıçaqla, yaxud blenderdə xırdalayın (çox kiçik olmasın).
Qazanda südlə şəkəri qarışdırın, ocağın üstünə qoyun. Qaynara düşəndən sonra orta itilikdə odda daim qarışdıraraq bişirməyə davam edin (əlinizi saxlasanız, ya dibi yanacaq, ya da süd daşacaq).
Şəkər qatılaşmağa başlayacaq. Təxminən 30-40 dəqiqə sonra isə rəngini dəyişəcək və daha qatı olacaq. Təqribən daha 15-20 dəqiqə sonra qozu əlavə edin, qarışdırın, bir qədər də bişirin (5-10 dəqiqə). Şəkər qatı və rezin kimi elastik olacaq (şəkərin qatılaşma vaxtı süddən çox asılıdır, ona görə dəqiqələrdə fərq ola bilər).
İki dərin boşqabı su ilə yaxalayın. Qaynar şərbəti içinə tökün. 15 dəqiqə saxlayın. Şərbət donacaq. Soyuyub bərkimiş südlü-qozlu qəndi doğrayıb çayla süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: dəqiqə, sonra, Şəkər, olacaq, bilərsiniz, qarışdırın, qatılaşma, şəkərin, elastik, vaxtı, süddən, asılıdır, doğrayıb, rezin, bişirin, süfrəyə, olsun, Təqribən, əlavə, qədər