• Pendirli xəmirdə almalı kökələr resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 482

Tarix : 10-12-2015, 17:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
xəmir:

110-120 q pendir (klassik və ya holland)
150 q kərə yağı və ya marqarin
1/4 ç.q. duz
260 q un
5 x.q. buz kimi su

iç:
400 q alma
1-2 x.q. limon şirəsi
1 çimdik muskat cevizi
30 q vanilli şəkər
1/2 ç.q. darçın
2-3 x.q. süd (üzərinə çəkməyə)
üzərinə səpməyə azca şəkər tozu

Hazırlanması:
Unu duzla birlikdə ələyib qarışdırın.
Pendiri sürtgəcin xırda gözündən keçirin.
Soyuq yağı kubik doğrayın.
Pendirlə yağı unla qarışdırıb əlinizlə ovun.
Umaca (ovuntuğa) buz kimi suyu əlavə edib xəmir yoğurun. Kündələyib üzərinə qida plyonkası çəkin, soyuducuda 1 saat saxlayın.
Almanı təmizləyib xırda kubik doğrayın. Üzərinə limon şirəsi gəzdirib vanilli şəkər tozu (şirin xoşlayırsınızsa, adi şəkər də əlavə edə bilərsiniz) səpin, muskat cevizi və darçın qatıb qarışdırın.
Xəmiri 3-4 mm qalınlıqda yayın. 8-10 sm diametrli dairələr kəsin. Ortasına iç qoyub kənarlarını qatlayın (aypara kimi).
Perqament döşənmiş siniyə düzün, üzərinə süd çəkin, şəkər tozu səpin.
200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Pendirli xəmirdə almalı kökələr resepti - FOTO RESEPT

Pendirli xəmirdə almalı kökələr resepti - FOTO RESEPT

Pendirli xəmirdə almalı kökələr resepti - FOTO RESEPT

Pendirli xəmirdə almalı kökələr resepti - FOTO RESEPT

Pendirli xəmirdə almalı kökələr resepti - FOTO RESEPT

Pendirli xəmirdə almalı kökələr resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, qarışdırın, darçın, xırda, kubik, səpin, çəkin, doğrayın, vanilli, əlavə, cevizi, limon, şirəsi, xəmir, muskat, yayın, qalınlıqda, diametrli, dairələr
BİZİ İZLƏYİN