• Zəncirotu balı resepti

Reseptin məlumatları Baxış sayı: 15 593

Tarix : 28-07-2016, 11:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350-400 zəncirotu gülü
1 kq şəkər tozu
2 st. su
1/2 limonun şirəsi

Hazırlanması:
1 kq şəkər tozu və 2 st. sudan şərbət bişirin. Zəncirotu güllərinin sarı ləçəklərini qoparıb bu şərbətə əlavə edin, 20 dəqiqə bişirin. Hazır olmağa 2-3 dəqiqə qalmış yarım limonun şirəsini əlavə edin. Cunadan süzün.
Bir qədər qaldıqdan sonra bal qatılığında olur.

2-ci variant
1 litrlik bankaya zəncirotu çiçəklərini yığın, üzərinə soyuq su töküb bir sutka saxlayın. Bu müddətdən sonra sıxın. Üzərinə 0,5 l su töküb vam odda 15 dəqiqə qaynadın. Sona 2-3 dəqiqə qalmış 1-2 limonu qabıqlı doğrayıb əlavə edin. Qaynara düşəndə götürün. 1 sutka saxlayandan sonra cunadan süzün. Çiçəklərlə limonu da sıxıb atın, onlar daha lazım deyil. Süzdüyünüz suya 1 kq şəkər tozu qatıb 2-3 dəfəyə, bal qatılığı alanadək bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, şəkər, bişirin, sonra, süzün, zəncirotu, sutka, töküb, limonu, qalmış, limonun, qaynadın, dəfəyə, doğrayıb, qatılığı, qabıqlı, Üzərinə, alanadək, müddətdən
BİZİ İZLƏYİN