• Portağal qabıqlarından mürəbbə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 597

Tarix : 9-11-2015, 23:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
3 portağal
300 q şəkər tozu
300 ml su
1 x.q. limon şirəsi

Hazırlanması:
Portağalları yaxşıca yuyun. Üzərinə qaynar su tökün (portağallar xarab olmasın deyə onların üzərinə xüsusi maddə, çox vaxt - mum çəkirlər). Hər birini 4 yerə bölün. Mürəbbə üçün yalnız qabıqlar gərəkdir.

Qabığın içindəki ağ qatı soyub çıxarın, çünki o, acı dad verir.

Qabıqları şəridlərə doğrayıb qaba yığın. Üzərinə soyuq su töküb bir gecə saxlayın. Bir neçə dəfə suyunu dəyişin. Bu zaman mürəbbəniz acı alınmaz.

Suda qaldığı müddətdə qabıqlar öz-özünə bir qədər büküləcək.

Suyu süzün. İynəni saplayın. Sapın bir ucunu düyünləyin. Qabıqları spiral kimi büküb iynədən keçirin (boyunbağı kimi).

Bu "boyunbağını" qazana qoyun, üzərinə su töküb ocağın üstə qoyun. Qaynara düşəndən sonra 20 dəqiqə də bişirin. Sonra qaynar suyu süzün, soyuq su töküb yenidən ocağa qoyun. Prosesi 4 dəfə təkrarlamalısınız.

"Boyunbağı"nı sudan çıxarıb bir qaba qoyun.

Ayrı qazana 300 ml su və şəkər tozu tökün. Ocağın üstünə qoyub qaynadın. Qaynara düşəndə portağal qabıqlarını sapdan ayıraraq içinə salın, orta itilikli odda yarım saat bişirin.

Tam soyudun. Sonra limon şirəsi əlavə edib daha yarım saat bişirin.

Portağal qabıqlarından mürəbbə resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qoyun, bişirin, töküb, üzərinə, soyuq, qabıqlar, Qaynara, qazana, tökün, qaynar, şirəsi, limon, şəkər, portağal, Qabıqları, Sonra, yarım, Üzərinə, süzün, sonrakı
BİZİ İZLƏYİN