• Frittata (İtalyan omleti) resepti

Reseptin məlumatları Baxış sayı: 3 434

Tarix : 19-01-2020, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta,
2 ədəd kiçik kartof,
1 quru soğan,
8 ədəd göbələk,
200 q ispanaq,
4 ədəd qurudulmuş pomidor,
8ədəd pomidor,
1/4 dəstə cəfəri,
3 yemək qaşığı duru yağ,
1/2 çay qaşığı duz,
1/2 çay qaşığı təzə çəkilmiş istiot,
Bişmiş noxud,
kök,

Xəbərdarlıq:
Hazırladığınız omleti mümkünsə geniş və istiyə davamlı bir tavada fırında bişirin.
Əgər fırına böyük olan tava istifadə edəcəksinizsə hazırladığınız omleti o üz. bu üz qızartmalı olacaqsınız.

Hazırlanması:
Qabığını soyduğunuz quru soğanı kiçik doğrayın.

Kartofları zər böyüklüyündə kəsin.

Ayırtlayıb yuduğunuz cəfərinin yarpaqlarını incə-incə doğrayın.

Qurudulmuş pomidorları uzununa incə doğrayın.

Üzərlərini nəmli bir bezlə təmizlədiyiniz göbələkləri incə- incə dilimləyin.

Bol suda yıuyub qurutduğunuz ısbanaqları əlinizlə parçalara ayırın.

Kənarları sıx olmayan və fırına yerləşə biləcək böyüklükdə bir tavada duru yağı qızdırın.

Doğramış olduğunuz quru soğan və kartofları xəfif bir rəng alana qədər yüksək atəşdə qızardın.

Qurudulmuş dpomidor və göbələkləri də qatdıqdan sonra qızartma işini 1-2 dəqiqə daha davam edin.

Bütöv halda olan pomidorları və ispanaq parçalarını əlavə edib qarışdırın.

Yumurtaları ayrı bir qabda duz, təzə çəkilmiş istiot və incə doğranmış cəfəri qataraq yaxşıca çırpın. Fırını əvvəlcədən 180-200 dərəcəyə yaxın qızdırın.

Yumurta qarışımını qızartdığınız ərzaqların üzərinə əlavə edin. eşit olarak dağılmamasını və pomidorların üstdə qalmasını təmin edin.

Arzuya görə bu aşamada rəndələnmiş pendiri əlavə edin.

Omleti əvvəlcədən qızdırılmış fırında 5 dəqiqəlik bir qısa zaman ərzində omlet qabarana qədər bişirin.

Fırından çıxartdııb servis tabağına aldığınız omleti dilimlədikdən sonra servis edin.

Nuş olsun!
Etiketlər: omleti, doğrayın, əlavə, qaşığı, sonra, çəkilmiş, qızdırın, tavada, fırına, bişirin, fırında, göbələkləri, istiot, qədər, soğan, pomidorları, Qurudulmuş, pomidor, servis, kiçik
BİZİ İZLƏYİN