Tərkibi:30 sm soba qabı
Xəmir üçün:
2 st. un
150 qr. kərə yağı
8-10 x.q. soyuq su
İçlik üçün:
1 baş brokkoli
250 qr. çəkilmiş mal əti
3 yumurta
200 ml. qaymaq (30-35%)
Duz
İsiot
Hind qozu (muskat qozu)
Hazırlanması:1.Soyuq kərə yağını sürtkəcdən keçirin. Un və su əlavə edin, xəmir yoğurun. Hamar konsistensiyalı xəmir alınmalıdır. Xəmiri plenkaya büküb 1 saatlıq soyuducuya yerləşdirin.
2.Brokkolini qaynar suda düz 2 dəqiqə bişiririk, suyunu süzürük.
3.Çəkilmiş əti kərə yağında biraz qızardırıq. Duz, istiot, hind qozu əlavə edirik.
4.Dərin qaba yumurtaları çırpın, içinə qaymaq tökün və qarışdırın.
5.Soyumuş xəmiri soyuducudan çıxardıb nazik yayın.
Formaya yerləşdirin. Çəngəllə bir necə yerdə iz qoyun xəmirin üstündə.
6.Brokkolini və əti xəmirin üstünə yığın. Yumurta qarışımını üstünə tökün.
7.əvvəlcədən 180 dərəcədə isinmiş sobada 30 dəqiqə bişirin.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: xəmirin, üstünə, əlavə, xəmir, yerləşdirin, Brokkolini, tökün, dəqiqə, qaymaq, edirik, xəmiri, soyuducudan, Dərin, çıxardıb, çırpın, nazik, Soyumuş, içinə, qarışdırın, yumurtalarıa