• Paxlava bükməli toyuq budu resepti

Reseptin məlumatları Baxış sayı: 16 108

Tarix : 18-12-2014, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 sümüksüz toyuq budu
1 qırmızı bibər
1 sarı bibər
1 baş soğan
1 çay qaşığı dolmalıq fıstıq
1/2 dəstə yaşıl reyhan
4 diş sarımsaq
4 sarım paxlava fətiri
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı

Hazırlanması:
Toyuq budlarını əzilmiş sarımsaq dişləri, reyhan və 1 xörək qaşığı zeytun yağından ibarət qarışıqda marinad edin. Rəngli bibərləri, quru soğanı və dolmalıq fıstığı qızmış tavada zeytun yağında qızardın.

Qaynanmış inqradientləri toyuq budunun içinə qoyub rulon formasında bürmələyin. 180 dərəcə qızdırılmış sobada onu 15 dəqiqə bişirin. Sonra sobadan çıxarıb soyumasını gözləyin. Daha sonra bişmiş toyuq budunu paxlava fətirinə bükün, rulon kimi bürmələyin və yenidən sobada xəmir qızarana qədər bişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, zeytun, toyuq, paxlava, reyhan, bürmələyin, rulon, sobada, bişirin, sarımsaq, dolmalıq, bibər, budunun, Sonra, dəqiqə, qızdırılmış, dərəcə, sobadan, formasında
BİZİ İZLƏYİN