• Kürdan kababı resepti

Reseptin məlumatları Baxış sayı: 13 270

Tarix : 16-06-2016, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
Badımcan, pomidor
Bibər, ət
1ç.q. tomat pastası
1 ədəd yumurta
Cəfəri, duru yağ
Soğan, diş çöpü
Yodlu narın xörək duzu, istiot

Hazırlanması:
İlk öncə soğan,cəfəri xırda doğranılır,yumurta duz,istiot vurulub ətlə birlikdə qarışdırılır.
İndi isə badımcanı yuyub ala yarımçıq şəkildə soyub uzununa doğrayıb acı suyunu çıxartdıqdan sonra bir balaca qızardırıq.
Qızartdıqdan sonra badımcanları şəkildəki kimi üst-üstə qoyuruq. Sonra badımcanın ortasına ət qoyuruq və badımcanın kənarlarını qaldırıb ətin üzəirini örtürük.
Daha sonra isə üzərinə pomidor və bibər qoyub diş çöpü ilə bərkidirik. Listə düzüb üzərinə yarım stəkan su töküb 180 dərəcədə 20 dəqiqə bişiririk. 20 dəqiqə bişdikdən sonra 1x.q. tamatı yarım stəkan suda çalıb badımcanların üzərinə tökürük.
Yenidən sobaya qoyub 15 dəqiqə bişiririk.Budur kürdan kababımız hazırdı.

Nuş olsun!
Etiketlər: sonra, üzərinə, dəqiqə, qoyub, stəkan, pomidor, bişiririk, istiot, yarım, yumurta, qoyuruq, Tarla”, badımcanın, bərkidirik, bibər, hazırdı, qaldırıb, ortasına, Sonra
BİZİ İZLƏYİN