• Göbələkli mücvər resepti

Reseptin məlumatları Baxış sayı: 14 472

Tarix : 21-07-2016, 19:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kartof
1 yumurtanın ağı
şüyüd
göy soğan
3-4 x.q. un
1 ç.q. sürtgəcdən keçirilmiş holland pendiri
duz
istiot
300 q göbələk

qızartmaq üçün:
1 yumurta
nazıik, xırda vermişel
zeytun yağı

Hazırlanması:
Kartofları suda bişirib əzin. Yumurta ağını ayrı qabda möhkəm köpüklənib ağarınca çalın. Başqa qabda unu sürtgəcdən keçirilmiş holland pendiri, duz və istiotla yoğurun. Xırda doğranmış şüyüd, göy soğan, göbələk və əzilmiş kartofu qatıb qarışdırın. Çalınmış yumurta ağını az-az əlavə edib yoğurun.
Bir kasaya yumurtanı qırın. Bir boşqaba isə vermişeli qoyun. Kartoflu qarışıqdan qaşıqla götürüb kotlet tutun, əvvəl yumurtaya, sonra isə vermişelə batırın. Qaynar yağda hər iki üzünü qızardın. Artıq yağını çəkməsi üçün kağız salfetin üstünə qoyun.
Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: Share, göbələk, pendiri, sürtgəcdən, soğan, holland, yumurta, yoğurun, qabda, ağını, qoyun, şüyüd, keçirilmiş, boşqaba, Süfrəyə, verin, vermişeli, üstünə, qarışıqdan, Kartoflu
BİZİ İZLƏYİN