• Lobyalı toyuq zrazaları resepti

Reseptin məlumatları Baxış sayı: 14 730

Tarix : 23-08-2014, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 banka doğranmış pomidor konservi
3 dilim ağ çörək
150 q çili souslu pomidor konservi
1 x.q. zeytun yağı
3 diş sarımsaq
1 kq toyuq qiyməsi
100 ml süd
duz
250 q lobya konservi
1 yumurta
1 soğan
qara üyüdülmüş istiot
1 ç.q. qurudulmuş oreqano

Hazırlanması:
Çörəyi süddə 20 dəqiqə isladın. Qiyməyə süddə isladılmış çörək, yumurta, duz və istiot vurub, qarışdırın.

Qiymədən götürüb kündə tutun, əlinizdə yastılayın, içinə 0,5 x.q. lobya qoyub, kənarlarını birləşdirin. Zrazaları yağlanmış siniyə düzün, 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Soğanla sarımsağı xırdalayın, yağda 7 dəqiqə qovurun. Pomidor konservlərini, oreqano, duz, istiot əlavə edin, 20 dəqiqə qarışdıraraq bişirin.

Süfrəyə zrazaları üstünə sous gəzdirməklə verin.

Nuş olsun!
Etiketlər: dəqiqə, konservi, istiot, lobya, çörək, bişirin, süddə, oreqano, yumurta, pomidor, qızdırılmış, dərəcə, sobada, olsun, verin, düzün, yağlanmış, kənarlarını, qoyub, birləşdirin
BİZİ İZLƏYİN