• Südlü-qozlu dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 22 320

Tarix : 19-10-2014, 13:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 ml süd
50 q şəkər tozu
2 yumurta
50 q qoz
limon sedrası

Hazırlanması:
Yumurta sarılarını azca şəkər tozu və bir az südlə çalın. Qalan südü yerdə qalan şəkər tozu ilə qaynadın. Qarışdıra-qarışdıra südə çalınmış yumurta sarılarını əlavə edin, qaynara düşəndə ocaqdan götürün, soyudun, limon sedrası əlavə edin. Qozu qovurun, təmizləyin, sürtgəcdən keçirin və bu qarışığa əlavə edin. Yumurtanın ağını qatı köpük alınanadək çalın. Əvvəlki qarışığa ehtiyatla əlavə edin, qarışdırın. Soyuducuya qoyun.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, sarılarını, çalın, sedrası, yumurta, limon, qarışığa, Yumurtanın, ağını, sürtgəcdən, təmizləyin, köpük, keçirin, qarışdırın, qoyun, olsun, Soyuducuya, qovurun, Əvvəlki
BİZİ İZLƏYİN