Tərkibi:2 stəkan süd
1 çay qaşığı vanil
4 yumurta sarısı
1 stəkan şəkər tozu
200 qr qaymaq
Hazırlanması:Əvvəlcə 2 stəkan südə vanil əlavə edib qaynadırıq.
Süd qaynandıqdan sonra isə 15 dəqiqəyə yaxın soyumağa buraxırıq.
Bu vaxt başqa bir qazanda 4 yumurta sarısını şəkər tozu ilə qarışdırıb, ilıq südü həmin qarışıma yavaş-yavaş qarışdıraraq əlavə edirik.
Qazanı içi su ilə dolu başqa bir qabın içinə oturdub (benmari üsulu) zəif atəşdə qarışdıraraq bişiririk.
Qaynamamağı üçün xüsusi diqqət yetirik.
Ümumiyyətlə krem halına gələnə qədər 10-15 dəqiqə bişiririk.
Qarışım qaşığa yapışmağa başlayanda ayrı bir qaba töküb soyumağa qoyuruq.
Üzərinin qaymaq tutmamağı üçün arada bir qarışdırırıq.
200 qr qaymağı ayrı bir qabda qarışdırıb hazırladığımız soyuq qarışıma az- az töküb qarışdırırıq.
Üzərini örtüb dərin dondurucuya qoyuruq.
Sonra qarışımı dondurucudan çıxarıb mikserlə bir neçə saniyə qarışdıraraq və yenə də dərin dondurucuya qoyuruq.
Bu prosesi qarışım dondurma halına gələnə qədər bir neçə dəfə təkrarlayırıq.
Hazırladığınız dondurmanı daha sonra dərin dondurucudan çıxarıb soyuducunun digər bölməsində plastmas bir qabda saxlamanız daha məsləhətlidir.
Nuş olsun!
Etiketlər: stəkan, qarışdıraraq, dərin, qoyuruq, bişiririk, dondurucudan, çıxarıb, yavaş, qarışıma, gələnə, qədər, qabda, qarışdırırıq, qarışdırıb, töküb, dondurucuya, halına, şəkər, sonra, yumurtalır