• Kişmişli kəsmik keksi resepti

Reseptin məlumatları Baxış sayı: 5 675

Tarix : 18-08-2019, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un 300g;
Kərə yağı 100qr
Şəkər 300 qr
Kəsmik 250 qr
Yumurta 3 ədəd
Kişmiş 100-150qr
qabartma tozu- 1 çay qaşığı.
Süd 1/2 stəkan

Hazırlanması:
Yumşaldılmış kərə yağını şəkərlə yaxşıca qarışdırın.
Kəsmik əlavə edin. Bir daha qarışdırın. Kəsmik çox quru haldadırsa tədricən süd tökün.
Yumurtaları əlavə edin.
Tədricən un və qabartma tozu qarışımını kütləyə ələyərək, qarışdırın. Xəmir çox quru olarsa, bir az süd tökün
Qatı xama halında xəmir alınmalıdır. Kişmişi əlavə edin və qarışdırın.
Bu xəmirdən təxminən 22-24 keks alınır.
Formaları 2/3 qədər doldurun. 30-40 dəqiqə 200ᵒC qədər qızdırılmış sobaya qoyun. Kekslər hazırdı.

Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, Kəsmik, tökün, qabartma, qədər, xəmirdən, hazırdı, təxminən, Kişmişi, alınmalıdır, halında, xəmir, alınır, Kekslər, dəqiqə, 200ᵒC, qızdırılmış, doldurun, olarsa
BİZİ İZLƏYİN