Tərkibi (21-23 sm diametrli forma üçün):120 ml süd
120 ml zeytun yağı
1 iri yumurta
240 q un
150 q şəkər tozu
2/3 ç.l. qabartma tozu
1/4 ç.q. duz
150-200 q ərik
1 ç.q. qəhvəyi, yaxud adi şəkər tozu
25 q kərə yağı
1/2-1/4 ç.q. quru kəkotu
Hazırlanması:(Formanı böyük də götürə bilərsiniz, amma o zaman piroq nazik alınacaq).
Süd, yağ, yumurta və şəkər tozunu çalın.
Qabartma tozu və duzla qarışdırılmış un əlavə edib xəmir hazırlayın.
Formanı kərə yağı ilə yaxşıca yağlayın. Dibinə bərabər qaydada şəkər tozu və kəkotu səpin.
Ərikləri ortadan bölüb dənələrini çıxarın, kəsiyi üzüaşağı (qabın dibinə) olmaqla formaya düzün.
Xəmiri əriyin üstündən tökün.
180 dərəcə qızdırılmış sobada təxminən 35-45 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.
Sobadan çıxarandan sonra buluda tərs çevirin. Süfrəyə isti-isti, yaxud tam soyumuş halda, eləcə də dondurma ilə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: şəkər, yumurta, yaxud, Formanı, kəkotu, bilərsiniz, tökün, üstündən, qızdırılmış, dəqiqə, təxminən, sobada, dərəcə, düzün, dibinə, qabın, üzüaşağı, olmaqla, formaya, Xəmiri