• Yulaflı peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 56 143

Tarix : 7-11-2014, 22:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (30 ədəd üçün):
200 q kərə yağı və ya marqarin
150 q şəkər tozu
2 yumurta
150 q (1,5 st.) yulaf lopaları (xırda)
2 ç.q. qabartma tozu və ya 1 ç.q. söndürülmüş soda
150-200 q un
Yulaflı peçenye resepti - FOTO RESEPT


Hazırlanması:
Xəmirə kişmiş, qara gavalı, ərik qurusu, sukat, qoz-fındıq əlavə edə bilərsiniz.

Yağı şəkər tozu ilə qarışdırın. Yumurta əlavə edib qarışdırın. Yulaf lopaları əlavə edib qarışdırın. Qabartma tozu və un qatıb bərk olmayan xəmir yoğurun. Xəmir olan ləyənçənin üzərini sellofanla örtüb 1 saatlığa soyuducuya qoyun.
Sinini yağlayın, yaxud da içinə perqament döşəyin.
Xəmirdən azca qopararaq yumru kündələr tutub yastılayın. Asan olsun deyə, əllərinizi islada bilərsiniz. Aralı-aralı siniyə düzün (bişəndə təxminən 2 dəfə böyüyürlər).
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Yulaflı peçenye resepti - FOTO RESEPT

Yulaflı peçenye resepti - FOTO RESEPT

Yulaflı peçenye resepti - FOTO RESEPT

Yulaflı peçenye resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, şəkər, olsun, lopaları, bilərsiniz, yumru, qopararaq, kündələr, tutub, yastılayın, Xəmirdən, döşəyin, yağlayın, Sinini, yaxud, içinə, perqament, dəqiqə, əllərinizi
BİZİ İZLƏYİN