Tərkibi:0,5 st. süd
1 paket (15 q) jelatin
1 paket (10 q) vanilli şəkər tozu
250 q kəsmik
0,5 st. xama
0,5 st. şəkər pudrası
2 ananas dilimi (başqa meyvə də olar)
Hazırlanması:Jelatini südlə qarışdırın, 20 dəqiqə saxlayın.
Kəsmiyi şəkər pudrası, xama və vanilli şəkərlə həcmi artıb eynicinsli kütləyə çevrilənədək çalın.
Ananas dilimlərini doğrayın.
Jelatini qızdırın (amma qaynatmayın).
Kəsmikli qarışığı qarışdıraraq jelatini ehtiyatla əlavə edin. Meyvəni əlavə edib yenə qarışdırın.
Kütləni bir iri, yaxud bir neçə xırda formaya töküb soyuducuda 4-5 saat saxlayın.
Desert formadan rahat çıxsın deyə formanı bir neçə saniyə qaynar suda saxlamaq lazımdır.
Nuş olsun!
Etiketlər: şəkər, Jelatini, qarışdırın, saxlayın, paket, əlavə, vanilli, pudrası, yaxud, qarışdıraraq, formaya, xırda, Kütləni, töküb, Meyvəni, jelatini, ehtiyatla, formadan, saniyə, qaynar