• Çox asan hazırlanan, yüngül və ləzzətli peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 36 794

Tarix : 21-12-2016, 20:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 100q
Un 1,5 stəkan
Yumurta 1 ədəd
Şəkər tozu 1/3 stəkan

Hazırlanması:
İlk öncə kərə yağı, şəkər tozu və yumurtanı birləşdirin. Mikserin vasitəsi ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma unu əlavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın. Xəmirinizi yaxşıca yoğurduqdan sonra, onu "top" formasına gətirib 1 saat soyuducuda saxlayın. Bərkimiş xəmiri 5mm qalınlığında yayıb, peçenyelarımıza forma veririk. Sobanızı 200 dərəcəyə qədər isidib 5-10 dəqiqə ərzində peçenyaları bişirə bilərsiniz.
Zövqə görə xəmirə 1ç.q. darçın qatıla bilər.

Nuş olsun!
Etiketlər: başlayın, stəkan, çalmağa, veririk, Sobanızı, dərəcəyə, forma, yayıb, Bərkimiş, saxlayın, xəmiri, qalınlığında, qədər, peçenyelarımıza, dəqiqə, xəmirə, darçın, qatıla, bilər, Zövqə
BİZİ İZLƏYİN