Tərkibi:1 kq qatıq,
1 st. su,
2 x.q. un,
1 ədəd yumurta,
50 qr. yumru düyü,
0.5 st. noxud,
keşniş, şüyüd, yarpız,
nanə, ispanaq, dağkeşnişi,
duz
Hazırlanması:Noxud axşamdan suda isladılır. Sonra isti suya töküb bişiririk.D üyünü isti suya töküb 10 dəqiqə qaynadırıq. Kənarda qatığa un, yumurta əlavə edib, qarışdırırıq. Qazana töküb dayanmadan qarışdırırıq. Qaynara düşəndən sonra düyü bişənə qədər bişiririk. Sonda duz töküb, qazdan götürürük. Doğranmış göyərti əlavə edirik.
*Qeyd. Dovğa turş olarsa qazdan götürdükdən sonra süd əlavə edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: töküb, əlavə, bişiririk, sonra, qarışdırırıq, qazdan, yumurta, götürdükdən, bişənə, düşəndən, dayanmadan, bilərsiniz, olarsa, Qaynara, Dovğa, Doğranmış, göyərti, götürürük, Qazana, qədər