• Tutmaç xəngəlli şorba resepti

Reseptin məlumatları Baxış sayı: 22 988

Tarix : 14-08-2014, 19:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəngəl:

0,5 st. su
1 yumurta
1 ç.q. duz
aldığı qədər un

Şorba üçün:
6 st.su
duz
2 st qatıq
1 yumurta

Üzərinə:
1 soğan
1 x.q. kərə yağı
nanə
pulbibər

Hazırlanması:
Xəngəl:

Dərin kasada su və yumurtanı çalın. Un və duz əlavə edib bərk xəmir yoğurun. İki yerə ayırıb üzərinə nəm dəsmal çəkin. 20 dəqiqə saxlayın.

Sonra oxlovla yayın. 1 barmaq enində uzun şəridlərə doğrayın. Sonra bunları üst-üstə qoyub xırda üçbucaqlar kimi doğrayın.

6 st. suyu qazanda qaynadın. Qaynara düşündə duz vurun. 1 st. xəngəli əlavə edib qaynadın. Qatıqla yumurtanı bir qabda yaxşıca çalın. Xəngəl bişəndə qatıqlı qarışığı nazik axınla əlavə edib taxta qaşıqla qarışdırın. 2 buğum qaynadıqdan sonra ocağı söndürün.

Soğanı xırda doğrayıb kərə yağında qovurun. Nanə və pulbibər əlavə edin, qarışdırın. Şorbanın üzərinə gəzdirin, süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, çalın, yumurtanı, Sonra, qarışdırın, qaynadın, doğrayın, Xəngəl, xırda, pulbibər, yumurta, axınla, nazik, taxta, qaşıqla, qarışığı, xəngəl, bişəndə, Qatıqla
BİZİ İZLƏYİN