• Kefir dietası

Reseptin məlumatları Baxış sayı: 3 201

Tarix : 20-12-2017, 20:00

Bölmə : Pəhriz (diet)


Kefir – ciddi, lakin olduqca məşhur dietadır. Kefir dietasından istifadə etməmişdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Kefir dietası uzun müddət ərzində tətbiq edilmə üçün arzuedilən deyil. Bundan əlavə kefir özü-özlüyündə müstəsnasız olaraq faydalı işkidir, belə ki, davamlı şəkildə arıqlamaq effekti yaradır.

Mütəmadi olaraq kefirdən istifadə etmə mədə-bağırsaq traktının mikroflorasını yaxşılaşdırır, onu şlaklardan təmizləyi və bütün orqanizmə fayda gətirir. Kefir dietasının bir neçə variantı mövcuddur. Larisa Dolina da bir vaxtlar kefir dietasının variantlarından istifadə etmişdir.

Kefir dietası 1.
Təmiz monodieta: Bərabər bölünmüş zaman fasilələri ərzində şəkərsiz 1,5 litrə yaxın təzə kefiri 5-6 dəfə qəbul etmək. Dietanın müddəti 3 gündür.

Kefir dietası 2.
Şəkərsiz 1,5 litrə yaxın təzə kefiri , yarım kiloqram və ya bir kiloqram şirin meyvə və tərəvəz əlavə etməklə bərabər zaman fasilələri ilə beş-altı dəfəyə qəbul etmək. Dietanın davamlılıq müddəti 5-6 gündür.

Kefir dietası 3.
1-ci gün: beş ədəd kartof tikəsi və 1,5 litr kefir.
2-ci gün: 100 qr. qaynadılmış toyuq və 1,5 litr kefir.
3-cü gün: 100 qr. pörtlədilmiş ət və 1,5 litr kefir.
4-cü gün: 100 qr. qaynadılmış balıq və 1,5 litr kefir.
5-ci gün: bana və üzümdən başqa meyvələr və tərəvəzlər, üstəgəl 1,5 litr kefir.
6-cı gün: ancaq kefir.
7-ci gün: mineral su

Bu günlərdə başqa heç nə yemək olmaz, yuxarıda qeyd edilən yeməkləri isə şəkərsiz və duzsuz hazırlamaq və yemək lazımdır.

Zolaqlı kefir dietası
Zolaqlı dietanı keçirmək asandır. Çəkinin artılması orqanizmin xüsusiyyətindən asılıdır. Zolaqlı dietanın mahiyyəti də asandır.

Birinci gün ancaq yağsız, 1% yalılıqlı kefir içilir, ikinci gün istənilən ərzaqları məhdudiyyətsiz olaraq. Faha sonra birinci və ikinci günləri ardıcıl düzün. Kefiri istənilən qədər içmək olar.
Etiketlər: kefir, Kefir, dietası, istifadə, Zolaqlı, olaraq, yaxın, qəbul, şəkərsiz, dietasının, zaman, fasilələri, etmək, litrə, müddəti, yemək, asandır, ikinci, istənilən, ancaq
BİZİ İZLƏYİN