• Bayram günlərindən sonra kilolardan necə qurtulaq?

Reseptin məlumatları Baxış sayı: 2 129

Tarix : 28-09-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Nəəhayət ki, bayramlar bitdi. Bayramlar xoş hisslər bəxş etsə də, bayram sonrası tərəziyə çıxmaq heç də xoş hisslər yaşatmır. Amma peşmançılıq yaşamamışdan qabaq dayanın!
Tərəzidə gördüyünüz rəqəmlər sizin əsl kilonuzu əks etdirmir. Bayram və tətil günlərində bayramdan qalma yeməkləri bitirmə bəhanəsi səbəbi ilə aldığımız və hələ də bədənimizdə olan artıq kilolardır. Sizi sevindirmək istəyərəm ki, onlardan qurtulmaq elə də çətin deyil, sadəcə 3 gün yediklərinizə çox diqqət etməlisiniz.

İndi sual belədir ki, bu kilolardan necə qurtulaq?
Paytaxt salatlarınız, dolma və aşlar bitibsə artıq tərəziyə çıxmaq vaxtıdır. Amma sizə məsləhət bilərdim ki, dərhal tərəziyə çıxmayın. 1 gün ərzində tam bədəninizi təmizləyin. Bayramlardan sonra artıq normal qidalanmağa başlamağa qərar vermisinizsə, növbəti gün mütləq ciddi bir rejim tətbiq edin. Dietanı pozduğunuz gündən sonra da mütləq bunu edin, mən hər zaman edirəm.

Mən adətən ciddi rejimdə nə edirəm?

Səhər

Hər zamankı kimi, tvoroq yoqurtla, kofe ilə.

Nahar (13:00)
Xiyar (istənilən sayda), 2 qalın dilim pendir (holland, feta, hansı növündən istəsəniz).

Axşam yeməyi (17:00)
Yoqurtla (istənilən növü ilə) çay. Yaxud xiyar (istənilən sayda), yaxud kəsmik.

Gün ərzində pictolin sorma konfetlə çay içə bilərsiniz. Bəli günün sonunda aclıq və zəiflik hiss edəcəksiniz, amma kilomuzu normala gətirmək üçün bunu etməliyik. Bir də əlbəttə su için (arzuolunandır ki, saat 6 və 7-dən sonra içməyəsiniz. Yəni mən belə edirəm, səbəbi digər pəhriz postlarımda var).

Artıq bu qidalanmanın səhərisi tərəziyə çıxa bilərsiniz. Gördüyünüz rəqəmlər yenə də əsl kilonuz deyil.

Növbəti 2 günü artıq səhəri stabil tvoroq – yoqurt. Günorta sup + salat. Axşama isə heç nə. Çox acsanız xiyar yesəniz heç nə olmaz.

3 gün bitdi, tərəziyə çıxın. Gördüyünüz rəqəm bayram günlərində aldığınız kilodur. Vəssalam. Kilo atmağa və ya kilonu qorumağa adi qaydada (öz yolunuzla) davam edə bilərsiniz.

Ümid edirəm ki, tərəzidəki rəqəmdən sonra ürəyinizi tutmayacaqsınız

Mən bayramda hələ CİDDİ bir detoks günündən sonra 2 kilo artıq gördüm. Yəni bayram günlərindən əvvəl 59.8 idim, bayram günlərindən sonra + ciddi rejimli bir gündən sonra 61.8 rəqəmini gördüm. Bugün bədənimi bayramda atılan kilolardan azad etməyim 3-cü günündəyəm. Əsl kilomu yəqin ki, sabah görəcəm.

Aysel Hüseynova
Etiketlər: sonra, tərəziyə, artıq, bayram, edirəm, ciddi, istənilən, bilərsiniz, bayramda, kilolardan, günlərində, çıxmaq, səbəbi, ərzində, deyil, mütləq, gündən, bitdi, gördüm, tvoroq
BİZİ İZLƏYİN