• Mayasız xəmirdən pirojki resepti

Reseptin məlumatları Baxış sayı: 3 723

Tarix : 24-05-2018, 12:00

Bölmə : Duzlu xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
Xəmir üçün:
1 st qatıq otaq temperaturunda
1 yumurta
5 y.q.günəbaxan yağı
2 ç.q.şəkər
1 ç.q.duz
1ç.q. təpəsiz soda
4-4,5 st un ( amma tort unu yox, mən Karmen unuyla yoğurdum)

İçlik üçün:
3-4 iri kartof,
1 orta boy soğan,
1 cimdik sarıkök
Qızartmaq üçün günəbaxan yağı

Hazırlanması:
1. Kartofun qabığını soyub, 4 yerə bölüb duzlu suda bişirin. Ayrıca xırda doğranmış soğanı yağda qovurun, ən axırda 1cimdik sarıkök vurun. Bişmiş kartofun suyunu süzün, əzin və soğança, istiot vurun, qarışdırın. Duzuna baxın.
2. Xəmir üçün undan və sodadan başqa bütün ərzaqları qaba yığın, qarışdırın. Sodanı vurun qarışdırın. Xəmir köpük-köpük olacaq. Unu ələyin və yup yumuşaq xəmir yoğurun
Əsla sərt etməyin xəmiri ☝
5 dəq gözləyin, sonra kündələrə bölün, əlinizlə yastılayın, içlik qoyun, möhkəm büküb dağ yağda qızardın.

Nuş olsun!
Etiketlər: Xəmir, vurun, qarışdırın, sarıkök, yağda, köpük, günəbaxan, olacaq, yığın, ərzaqları, Sodanı, sodadan, baxın, Duzuna, undan, ələyin, başqa, bütün, xəmir, içlik
BİZİ İZLƏYİN