• Açma resepti

Reseptin məlumatları Baxış sayı: 4 985

Tarix : 27-07-2017, 22:00

Bölmə : Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 ml süd (ilıq) ️
125 ml duru yağı
1 ədəd yumurta və 3 yumurta sarısı
️1 x.q. quru maya
1/2 ç.q. duz
1/2 x.q. şəkər tozu
4 st. Un
100 qr zeytun əzməsi
50 qr kərə yağı
2 x.q. çörək otu ya da simit

Zeytun əzməsi üçün:
250 qr qara zeytun
1/4 ç.q. qara bibər
1 ç.q. kəklikotu
1 ç.q. limon suyu
2 x.q. zeytun yağı

Hazırlanması:
Zeytun əzməsi üçün zeytunların tumlarını çıxardıb, bütün ərzaqlarla birlikdə blenderdən keçiririk.
Açmanı hazırlamaq üçün:
1.İlıq südün içində mayanı əridirib, 5-10 dəq. gözlədirik.
2. Süd qarışımına duru yağ, çırpılmış yumurta,duz,şəkər tozu və un əlavə edib,xəmir yoğururuq və köpməsi üçün gözlədirik.
3.Hazır xəmiri 10 hissəyə bölüb,yayırıq.
4. Hər hissəyə kərə yağı sürtüb, üzərinə zeytun əzməsi çəkərək yumru formada bükürük.
5. Üzərinə yumurta sarısı çəkib,çörəkotu səpirik və 180 dərəcədə sobada 30 dəq. bişiririk.

Nuş olsun!
Etiketlər: əzməsi, zeytun, yumurta, hissəyə, gözlədirik, Zeytun, şəkər, sarısı, bölüb, yayırıq, sürtüb, Hazır, üzərinə, yoğururuq, köpməsi, xəmiri, bükürük, səpirik, dərəcədə, sobada
BİZİ İZLƏYİN