• Badımcanda makaron resepti

Reseptin məlumatları Baxış sayı: 22115

Tarix : 6.06.2014, 16:32

Bölmə : Makaron yeməkləri, Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6




Tərkibi:
Bir yarım su stəkanı kiçik düz makaron
Kifayət qədər su
3 ədəd orta ölçülü bostan badımcanı
4 xörək qaşığı duru yağ
1 xörək qaşığı kərə yağı
1 ədəd kiçik ölçülü soğan
250 qram qıyma
3-4 ədəd incə doğranmış uzunsov bibər
1 çay qaşığı tomat
2-3 budaq yaşıl reyhan
Duz
İstiot

Hazırlanması:
Makaronu duzlu suda qaynadıb süzdükdən sonra qırağa qoyun. Badımcanları ikiyə bölüb içlərini çıxarın. İçlərinə duru yağ sürtün. Əvvəldən isidilmiş 180 dərəcə sobada yüngülcə qızarana qədər bişirin. Kərə yağını əridib incə doğranmış soğanı rəngi dəyişənə qədər qovurun. Üzərinə qıymanı əlavə edin. 5 dəqiqə sonra uzunsov bibər və tomatı əlavə edin. Bibər bir az qovrulunca incə doğranmış pomidor, duz və qara bibəri əlavə edin. Bir neçə dəqiqə sonra qaynadılmış makaronu əlavə edin. 2-3 dəqiqə bişirib kənara qoyun. Sobada yüngülcə bişirdiyiniz badımcanların içinə makaronlu içliyi elavə edin. Bir soba qabına yerləşdirib əvvəldən isidilmiş 180 dərəcə sobada üzərləri qızarana qədər bişirin. Reyhan yarpaqları ilə bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, dəqiqə, sonra, doğranmış, qaşığı, uzunsov, bibər, qoyun, sobada, bişirin, qızarana, yüngülcə, isidilmiş, dərəcə, xörək, kiçik, ölçülü, Üzərinə, bibəri
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Svetoklana
Çox gozel ve dadlı gorunur
29 noyabr 2014 02:50
2
Offline
raqsana
bu yemeyi bisirdim amma makaron ile biberin bir yerde yaratdigi tam xosuma gelmedi 24
27 sentyabr 2014 21:06
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN