• Qış plovu resepti

Reseptin məlumatları Baxış sayı: 14 188

Tarix : 5-02-2016, 16:00

Bölmə : Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1,5 st. bulqur (plov üçün)
1 baş soğan
2 kəvər
2 diş sarımsaq
5-6 badam
2 x.q. kərə yağı
1 yerkökü
1 çuğundur
göy soğan
200 q ispanaq
3 darçın çubuğu
2 st. toyuq bulyonu
1 diş qənd
duz
istiot
cəfəri
şüyüd

Hazırlanması:
Xırda doğranmış soğan, kəvər, sarımsaq və badamı kərə yağında qovurun. Sürtgəcdən keçirilmiş yerkökü, çuğundur, doğranmış göy soğan, ispanaq və darçını əlavə edib qarışdırın. Qaynar toyuq bulyonu, bulqur, qənd, duz və istiotu əlavə edin. Vam odda suyu çəkilənədək bişirin.
Ocaqdan götürməzdən 1-2 dəqiqə əvvəl xırda doğranmış göyərtini əlavə edin.

Ocaqdan götürəndən sonra 10-15 dəqiqə dəmləyin.

Nuş olsun!
Etiketlər: soğan, əlavə, doğranmış, dəqiqə, toyuq, Ocaqdan, ispanaq, bulyonu, sarımsaq, yerkökü, kəvər, bulqur, çuğundur, götürməzdən, istiotu, Qaynar, çəkilənədək, bişirin, əvvəl, sonrakı
BİZİ İZLƏYİN