• İtalyan plovu resepti

Reseptin məlumatları Baxış sayı: 4 183

Tarix : 20-06-2017, 17:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan qara düyü,
1 yemək qaşığı kərə yağı,
3 stəkan qaynar su,
Duz,
Bir çay qaşığı kəsmik,
1 stəkan döyülmüş qoz.

Hazırlanması:
Qara düyünü isti suyun içində bir saat saxlayın.

Yuyub suyunu süzdükdən sonra qazanda yağla 10 dəqiqə qovurun.

Duzla birlikdə 3 stəkan qaynar suyu qazana əlavə edib, qapağını örtün.

Qaynayan plovun qazını azaldıb, 45 dəqiqə bişirin.

Suyunu çəkən plovun altını söndürün, üzərinə dəsmal örtərək 45 dəqiqə dəmə qoyun.

Qaba çəkib üzərinə kəsmik və qoz səpin.

Nuş olsun!
Etiketlər: stəkan, dəqiqə, plovun, üzərinə, kəsmik, qaşığı, qaynar, azaldıb, bişirin, Suyunu, Qaynayan, örtün, qazını, söndürün, qoyun, çəkib, səpin, örtərək, dəsmal, altını
BİZİ İZLƏYİN