• Sushi resepti

Reseptin məlumatları Baxış sayı: 9624

Tarix : 13.01.2017, 22:00

Bölmə : Qəlyanaltılar, Digər reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ülviyyə Zeynalova




Tərkibi:
Düyü lapşası üçün:
düyü sirkəsi
yapon düyüsü 250-500 g
2 ç q şəkər
çimdik duz

İçlik üçün:
yosun
avokado
xiyar
göy soğan
qızıl balıq(hisə verilmiş etdim)
tuna balığı(ton balığı)
qara istiot
krem pendir(сливочный сыр)

Hazırlanması:
Əsasən düyünün hazırlanmasını və bəzi xırdalıqları qeyd edəcəm.Düyünü əvvəl yuyuruq və düyü hansı ölçüdə götürülürsə o miqdarda ilə əvvəl qaynadırıq (qaynamağa qoyarkən duzda əlavə edirik)2 dq qaynadıqdan sonra qazanın qapağına salfet vəya dəmləmə dəsmalı qoyuruq və yarım saat dəmləyirik.Dəmləndikdən sonra 2 xörək qaşığı düyü sirkəsinə,2 xörək qaşığı şəkər əlavə edib düyüyə töküb,qarışdırırıq.Düyümüz hazırdır.Hazırlamaq üçün isə bambuku falqa ilə bağlayırıq ki,batmasın və istifadə rahat olsun.Üzərinə yosun qoyuruq,düyünü düzgün şəkildə yerləşdiririk,pendir çəkirik və avokado,balıq,xiyar,qara istiot səpib bağlayırıq.Onu qeyd edim ki,düyünü yaymaq üçün bir miqdar suya yağ töküb spatulanı isladmaqla düyünü rahat yaymaq olar.Mən çiy balıq işlətmədim.Hisə verilmiş və konserva balıqlardan istifadə etdim.Tuna balığını çox sevsəmdə Bakıda tapılmır.Kim hansı içliyi istəsə qoya bilər.

Nuş olsun!

Etiketlər: düyünü, balıq, əlavə, pendir, hansı, rahat, yaymaq, istifadə, qaşığı, töküb, xörək, qoyuruq, sonra, bağlayırıq, istiot, əvvəl, xiyar, yosun, balığı, avokado
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN