• Qabaqlı oladye resepti

Reseptin məlumatları Baxış sayı: 11171

Tarix : 22.03.2017, 17:00

Bölmə : Qəlyanaltılar, Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un 100 q
Yumurta 2 ədəd
Qabartma tozu 5 q
Süd 50 ml
Qabaq 300 q
Kəklikotu 1 ç.q (qurudulmuş və ya təzə)
Bitki yağı 1 x.q
Duz 1/2 ç.q
Qara istiot 1/2 ç.q

Hazırlanması:
1. Un və qabartmanı qarışdırın. Ayrı qabda yumurtaları çalın və una əlavə edib qarışdırın. Xəmirə süd əlavə edib qarışdırmağa davam edin. Xəmir xama kimi qatı olmalıdır.

2. Qabaqların qabığını soyun və rəndələyib xəmirə əlavə edin. Ədviyyatları xəmirə qatıb bir daha qarışdırın.

3. Qalın dibi olan tavada yağı qızdırın və çömçə ilə xəmiri götürüb tavaya əlavə edin. Oladyeləri hər tərəfdən 2-3 dəqiqə qızardın.

4. Hazır oladyeləri xama ilə süfrəyə verin.

Nuş olsun!


Etiketlər: əlavə, qarışdırın, xəmirə, çömçə, xəmiri, qızdırın, tavada, Ədviyyatları, qatıb, Qalın, götürüb, tavaya, oladyeləri, süfrəyə, verin, Hazır, qızardın, Oladyeləri, tərəfdən, dəqiqə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN