• Ətli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 25 481

Tarix : 6-09-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
5 st un,
400 qr yağ,
1 st. süd (ilıq),
1 ç.q. maya,
1 ç.q. duz,
1 x.q. şəkər tozu

İçlik üçün:
700 qr mal əti,
yağ,
1 baş soğan,
5 ədəd yumurta,
1 dəstə göy soğan,
1 dəstə şüyüd,
duz, istiot

Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayırıq. Bunun üçün yağ və unu birlikdə bıcaqla döyürük. Qalan ərzaqları üzərinə əlavə edib, xəmir yoğururuq. Xəmiri acıması üçün isti yerdə gözlədirik.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün sümüksüz mal ətini suda bişirib, ət maşınından çəkirik. Tavaya az miqdarda yağ və xırda doğranmış soğan əlavə edib, qovururuq. Çəkilmiş ətin üzərinə töküb, qarışdırırıq. Yumurtanı suda bişirib, əzirik və ətli qarışıma əlavə edirik. Son olaraq xırda doğranmış göy soğan, kişniş, duz və istiot töküb, qarışdırırıq.

Xəmiri iki hissəyə bölüb, yayırıq. Əvvəlcə xəmirin birini soba qabına yerləşdirib, üzərinə içlik tökürük. Daha sonra digər xəmiri qoyuruq. Üzərini paxlava formasında kəsib, yumurta sarısı çəkirik və çörəkotu səpirik. 200 dərəcə istilikli sobada bişiririk.

Nuş olsun!
Etiketlər: soğan, üzərinə, əlavə, bişirib, çəkirik, doğranmış, qarışdırırıq, töküb, xırda, Xəmiri, xəmiri, dəstə, istiot, yumurta, Əvvəlcə, İçlik, qarışıma, bölüb, yayırıq, xəmirin
BİZİ İZLƏYİN