• Dolmadakia resepti

Reseptin məlumatları Baxış sayı: 4 577

Tarix : 16-11-2017, 12:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
üzüm yarpağı (böyük olsa daha yaxşıdır)
1 stakan yumru duyu (məndə arbario novü idi, siz olanı istifadə edin)
2 pomidor
2 baş soğan
1 kiçik dəstə cəfəri
təzə nanə
1/2 dəstə şüyüd
100 ml. zeytun yağı
duz
istiot
1/2 ç.q. darçın

Hazırlanması:
Göyərtiləri xırda kəsirik.
Pomidorun üstünə qaydar su tökürük və qabığını soyuruq. Xırda doğrayırıq. Soğanı xırda xırda kəsirik.
Göyərtini, pomidoru, düyünü, soğanı yaxşı qarışdırırıq. Zeytun yağı, duz, istiot, darçın əlavə edirik birdə qarışdırırıq.
Yarpaqlarınızı hazır edib içliyi qoyuruq. Uzun formada bükürük.
Qazana düzürük, üstünü örtənə gədər qaynar su tökürük.
Bişmiş dolmanın üstünə parıldasın deyə zeytun yağı əlavə edirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: xırda, kəsirik, darçın, istiot, üstünə, tökürük, qarışdırırıq, əlavə, edirik, dəstə, zeytun, Bişmiş, qaynar, birdə, gədər, dolmanın, Zeytun, soğanı, yaxşı, parıldasın
BİZİ İZLƏYİN