• Hutspot resepti

Reseptin məlumatları Baxış sayı: 3 132

Tarix : 4-08-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
500 qr. mal əti
4 kartof
4 kök
2 baş soğan
30 qr. kərə yağı
zeytun yağı
duz
istiot

Hazırlanması:
Kökü və soğanı soyuruq, iri iri doğrayıb zeytun yağında qızardırıq. Əti nazik yarım langet kimi kəsirik tərəvəzdərə əlavə edib qızardırıq. Kartofu soyuruq və kub kəsirik. Ət biraz qızardannan sonra içinə kartofu düzürük və hamısını örtənə gədər su əlavə edirik. Duz, istiot əlavə edirik. Və 2 saatdıq bişməyə qoyuruq. 2 saat sonra ətləri qazandan çıxardırıq. Tərəvəzdəri əzərək pürə halına gətiririk, kərə yağı əlavə edirik. Hutspot hazırdır, bu formada servis olunur.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, kəsirik, qızardırıq, soyuruq, zeytun, sonra, istiot, qazandan, çıxardırıq, qoyuruq, saatdıq, bişməyə, Tərəvəzdəri, ətləri, halına, formada, servis, olunur, hazırdır
BİZİ İZLƏYİN