Tərkibi:2 badımcan
2 pomidor
1 uzun yaşıl bibər
1 baş soğan
2 diş sarımsaq
1 x.q. tomat pastası
cəfəri
zeytun yağı
Hazırlanması:Badımcanları xət-xət soyuruq. Zeytun yağında hər tərəfli qızardırıq. Salfetin üstünə qoyuruq ki, artıq yağı çəkilsin.
Baş soğanı yarıdan bölüb uzun-uzun kəsirik. Sarımsağı xırda kəsirik. İkisinidə zeytun yağında qızardırıq. Bibəri yarıdan kəsib uzun-uzun kəsirik. Əlavə edirik soğanlı sarımsağa. Pomirorların qanığını soyub kub kəsirik və əlavə edirik. Tomat pastasını əlavə edib bir yerdə 2-3 dəq. qızardırıq.
Badımcanları ortadan kəsib içini yaxşı açırıq. Qızartdığımız tərəvəzdəri içinə qoyuruq.
Tavaya qoyuruq üstündən zeytun yağı gəzdirib 15 dəq. az xodda bişiririk. Sobayada qoya bilərsiz.
Üstünə doğranmış cəfəri səpirik.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: kəsirik, qızardırıq, qoyuruq, zeytun, əlavə, yağında, edirik, Badımcanları, yarıdan, kəsib, cəfəri, yaxşı, qanığını, soyub, içini, yerdə, Tomat, pastasını, açırıq, ortadan