• İmam bayıldı resepti

Reseptin məlumatları Baxış sayı: 16 563

Tarix : 11-07-2016, 19:00

Bölmə : Quru yeməklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
6 ədəd badımcan
1 stəkan duru yağ
6 ədəd soğan
15 ədəd sarımsaq
1 stəkan zeytunyağı
2 ədəd pomidor
1 ədəd yaşıl bibər
2 xörək qaşığı doğranmış cəfəri
6 ədəd qənd
2 stəkan su
duz
qara bibər

Hazırlanması:
Badımcanları yarımçıq soyun.
Duzlu suda saxlayın (sap qisimlərini də soysanız əlavə bir gözəllik verər).
Badımcanları qurulayıb, isti yağda qızardın.
Soba qabına düzün.
Ortalarını uzunlamasına kəsin.
Bir tavanın içində yarım halqa şəklində doğranmış soğanla, sarmısağı zeytun yağında qovurun.
Doğranmış pomidor, yaşıl bibər, cəfəri, qənd, duz və qara bibəri üzərinə əlavə edin.
10 dəqiqə bişirin.
Hazırladığınız qarışığı, qızarmış badımcanların içinə bərabər miqdarda paylaşdırın.
2 stəkan su əlavə edib, sobada 25 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: stəkan, bibər, əlavə, doğranmış, yaşıl, cəfəri, pomidor, Badımcanları, dəqiqə, bişirin, bibəri, Doğranmış, qovurun, sarmısağı, halqa, yarım, şəklində, soğanla, zeytun, yağında
BİZİ İZLƏYİN